Əsas Səhifə > Dünya idmanı > “Barselona” klubunun yeni formasını Lionel Messi təqdim edib

“Barselona” klubunun yeni formasını Lionel Messi təqdim edib


8-09-2020, 02:48
“Barselona” klubunun yeni formasını Lionel Messi təqdim edib


İspaniyanın “Barselona” futbol klubu yeni formasını təqdim edib.
BrendSport.az klubun saytına istinadla xəbər verir ki, bir müddətdir Kataloniya təmsilçisinin rəhbərliyi ilə arasında problem yaşanan komandanın kapitanı Lionel Messi də təqdimatda iştirak edib. O, üçüncü formanı təqdim edib.
Otuz üç yaşlı argentinalı hücumçu bir neçə gün əvvəl “Barselona”dan ayrılmaq istədiyini, ancaq klubunu məhkəməyə verməmək üçün fikrini dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, Messi ötən mövsüm Kataloniya təmsilçisinin heyətində keçirdiyi 44 matçda 31 qolun müəllifi olub.
Geri qayıt