Əsas Səhifə > Dünya idmanı > "Formula 1": Mövsümün tam təqvimi açıqlandı

"Formula 1": Mövsümün tam təqvimi açıqlandı


25-08-2020, 21:25


"Formula 1" üzrə dünya çempionatında 2020-ci il mövsümünün qalan hissəsinin təqvimi müəyyənləşib.

BrendSport.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, həmin bölümdə 4 Qran-pri keçiriləcək.

Türkiyə 2011-ci ildən sonra ilk dəfə yarışa qayıdıb. 13-15 noyabrda "İstanbul Ppark" trasında 9 illik fasilədən sonra ilk Qran-pri baş tutacaq.

Noyabrın sonunda isə "Formula 1" Yaxın Şərqə yollanacaq. 27 - 29 noyabrda Bəhreyn, 1 həftə sonra isə Sahir Qran-prisi təşkil olunacaq. Mövsümə 11 - 13 dekabrda Abu-Dabidəki yarışla yekun vurulacaq.

Bu isə o deməkdir ki, cari mövsüm ümumilikdə 17 Qran-pridən ibarət olacaq.

İndiyədək Avstriya (3-5, 10-12 iyul), Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust) və İspaniya (14-16 avqust) Qran-priləri keçirilib. Qarşıda isə 28 - 30 avqustda Belçika, 4 - 6 sentyabrda İtaliyada Montsa, 11 - 13 sentyabrda Mucello, 31 oktyabr - 1 noyabrda İmola, 25 - 27 sentyabrda Rusiya, 9 - 11 oktyabrda Almaniya, 23 - 25 oktyabrda Portuqaliya Qran-priləri olacaq.
Geri qayıt