Əsas Səhifə > Dünya idmanı > Kipr - Azərbaycan matçının stadionu açıqlandı

Kipr - Azərbaycan matçının stadionu açıqlandı


24-07-2020, 13:48


Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

BrendSport.az "Protathlima" nəşrinə istinadən xəbər verir ki, Yohan Valemin baş məşqçi olduğu komanda sentyabrın 8-də Azərbaycan yığmasını GPS stadionunda qəbul edəcək.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Monteneqro ilə də qarşılaşacaq.

Geri qayıt