Əsas Səhifə > Dünya idmanı > Millimizin qatılacağı Avropa çempionatının vaxtı açıqlandı

Millimizin qatılacağı Avropa çempionatının vaxtı açıqlandı


14-07-2020, 14:02


Avropa Triatlon İttifaqı (ETU) avqustda üç turnirin keçiriləcəyini açıqlayıb.

BrendSport.az xəbər verir ki, 28-30 avqustda Estoniyanın Tartu şəhərində Avropa çempionatı təşkil olunacaq.

Hazırda Ukraynada təlim-məşq toplanışında olan Azərbaycan millisinin qitə birinciliyində iştirakı nəzərdə tutulub.

Avqustda, həmçinin Latviyada və Polşada yeniyetmələr arasında Avropa kuboku yarışları təşkil olunacaq.
Geri qayıt