Əsas Səhifə > Dünya idmanı > Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb

Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb


10-07-2020, 06:00


“Liverpul” klubunun futbolçusu Məhəmməd Salahın Premyer Liqanın 34-cü turunda səfərdə “Brayton”a qarşı görüşdə (3:1) fərqlənməsi əlamətdar olub.

BrendSport.az xəbər verir ki, dubla imza atan misirli futbolçu klubun tarixinə düşüb. Salah Premyer Liqadakı qollarının sayını 73-ə çatdırıb. Bununla yanaşı, onun aktivində 27 məhsuldar ötürmə var. İyirmi səkkiz yaşlı oyunçu qol+assist sayını 100-ə çatdırmaqla klub tarixində bu uğuru təkrarlayan 4-cü futbolçu olub.
Geri qayıt