Əsas Səhifə > Dünya idmanı > "Real Madrid" liderliyini möhkəmlətdi

"Real Madrid" liderliyini möhkəmlətdi


3-07-2020, 10:01


İspaniya La Liqasında XXXIII turun son oyununda "Real Madrid" və "Xetafe" komandaları üz-üzə gəlib.

BrendSport.az xəbər verir ki, Madriddəki "Alfredo Di Stefano" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 79-cu dəqiqədə penaltidən Serxio Ramos vurub.

Bu qələbə sayəsində xalını 74-ə çatdıran "Real Madrid" ilk pillədə möhkəmlənib və sona 5 tur qalmış ən yaxın izləyicisi "Barselona"dan 4 xal aralanıb. "Xetafe" isə 52 xalla 6-cıdır.
Geri qayıt