Əsas Səhifə > Dünya idmanı > Şannon Briqqs və Mayk Tayson qarşılaşmağa razılıq veriblər

Şannon Briqqs və Mayk Tayson qarşılaşmağa razılıq veriblər


20-05-2020, 10:41
Şannon Briqqs və Mayk Tayson qarşılaşmağa razılıq veriblər

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Şannon Briqs və Mayk Tayson döyüşməyə razılıq veriblər.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ş.Briqs jurnalistlərə müsahibəsində bildirib. O deyib ki, bu yaxınlarda rəsmi döyüşlə bağlı rəqibi ilə razılığa gəlib.
Ş.Briqs sonuncu döyüşünü 2016-cı ildə keçirib. O, karyerası ərzində 68 döyüşdən 60-da (53-ü nokautla) qələbə qazanıb, 6 dəfə məğlub olub.
“Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə başa vurub. O, karyerası ərzində 58 döyüş keçirib ki, onların 50-də qələbə (44-ü nokautla) qazanıb. “Dəmir Mayk” altı döyüşdə rinqdən məğlub ayrılıb.
Geri qayıt