Əsas Səhifə > Dünya idmanı > Bu il UEFA Çempionlar Liqasının oyunları VAR sistemi tətbiq edilmədən keçirilə bilər

Bu il UEFA Çempionlar Liqasının oyunları VAR sistemi tətbiq edilmədən keçirilə bilər


23-04-2020, 14:01
Bu il UEFA Çempionlar Liqasının oyunları VAR sistemi tətbiq edilmədən keçirilə bilər

UEFA bu il Çempionlar Liqasının oyunlarında “Video-Köməkçi Hakim” (VAR) sisteminin tətbiqini müvəqqəti dayandıra bilər.
BrendSport.az xəbər verir ki, turnir bu il davam edərsə, o zaman VAR dayandırılacaq, çünki mübahisəli məsələlərə baxanda hakimlər koronavirus pandemiyasına görə sosial məsafəni saxlaya bilməyəcəklər. Bu qərar, həmçinin UEFA Avropa Liqasının oyunlarına da təsir edəcək. Məsələ bu gün keçiriləcək UEFA İcraiyyə Komitəsinin videokonfransında müzakirə olunacaq.
Geri qayıt