Əsas Səhifə > Dünya idmanı > Formula 1 üzrə virtual “Əfsanələr yürüşü” adlı yarışın qalibləri müəyyənləşib

Formula 1 üzrə virtual “Əfsanələr yürüşü” adlı yarışın qalibləri müəyyənləşib


13-04-2020, 13:00
Formula 1 üzrə virtual “Əfsanələr yürüşü” adlı yarışın qalibləri müəyyənləşib

“The Race” portalının təşkilatçılığı ilə Formula 1 üzrə virtual “Əfsanələr yürüşü” adlı yarış keçirilib.

BrendSport.az xəbər verir ki, iki hissədən ibarət yarışın birincisi klassik formatda təşkil olunub. Yarışın qalibi 2009-cu ildə Formula 1 üzrə dünya çempionu Censon Batton olub.
İkinci yarışda isə bolidlərin start düzülüşü ilk yürüşdən fərqli olaraq – geridən önə doğru olub. Bu yürüşdə isə sabiq Formula 1 pilotu Emmanuel Pirro birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə, avtoidman yarışlarının təxirə salındığı bir vaxtda virtual yürüşlər azarkeşlər tərəfindən maraqla qarşılanır.
Geri qayıt