Əsas Səhifə > Dünya idmanı > Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının final mərhələləri ləğv olunub

Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının final mərhələləri ləğv olunub


14-03-2020, 02:38



Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, martın 14-də və 15-də Bakıda keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə dünya kuboku yarışlarının final mərhələləri ləğv olunub.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, federasiya bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı qəbul edib.
Geri qayıt