Əsas Səhifə > Dünya idmanı > Boks üzrə 2021-ci ildə keçiriləcək dünya çempionatı Serbiyada təşkil olunacaq

Boks üzrə 2021-ci ildə keçiriləcək dünya çempionatı Serbiyada təşkil olunacaq


28-02-2020, 16:43


Kişilər arasında 2021-ci ildə keçiriləcək boks üzrə dünya çempionatının baş tutacağı şəhər bəlli olub.

BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, dünyanın ən güclülərinin mübarizə apardığı çempionat Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Qeyd edək ki, sonuncu mundial 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub.
Geri qayıt