Əsas Səhifə > Dünya idmanı > Hakim-inspektor Asim Xudiyev UEFA-nın kursunda iştirak edir

Hakim-inspektor Asim Xudiyev UEFA-nın kursunda iştirak edir


4-02-2020, 15:01


Fevralın 4-dən 5-dək Niderlandın Amsterdam şəhərində UEFA tərəfindən hakim-inspektorlar üçün növbəti kurs keçiriləcək.

BrendSport.az AFFA-nın saytına istinadla xəbər verir ki, altıncı dəfə təşkil olunan kursda UEFA hakim-inspektoru Asim Xudiyev də iştirak edəcək.

Qeyd edək ki, 2006-cı ildən keçirilən kursların budəfəki modulu 2020-2022-ci illəri əhatə edir.
Geri qayıt