Əsas Səhifə > Dünya idmanı > Türkiyə kubokunun səkkizdəbir finalında “Trabzonspor” və “Antalyaspor” komandaları ilk oyunda qalib gəliblər

Türkiyə kubokunun səkkizdəbir finalında “Trabzonspor” və “Antalyaspor” komandaları ilk oyunda qalib gəliblər


17-01-2020, 13:03


Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin son oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, üçüncü oyun günündə iki görüş olub. “Trabzonspor” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə məğlub edib. “Göztəpə” isə səfərdə “Antalyaspor”a 3:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları yanvarın 21, 22 və 23-də keçiriləcək.
Geri qayıt