Əsas Səhifə > Dünya idmanı > Pike karyerasını bitirəcəyi klubun adını açıqladı

Pike karyerasını bitirəcəyi klubun adını açıqladı


22-11-2019, 13:08


Barcelona-nın futbolçusu Jerar Pike karyerasını bitirəcəyi klubun adını açıqlayıb.

32 yaşlı müdafiəçi, son klubunun Barcelona olacağını deyib:

“Hər zaman demişəm ki, sonuncu klubum Barcelona olacaq. Müqaviləmi tamamlamalıyam, hələ 2022-ci ilə qədər vaxt var. Əhəmiyyətimi itirdiyimi, lazımi səviyyədə olmadığımı görsəm, karyeramı erkən də bitirə bilərəm”.

Qeys edək ki, Barcelona-nın yetirməsi olan Pike, bu mövsüm 15 oyunda iştirak edib.
Geri qayıt