Əsas Səhifə > Dünya idmanı > Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb


19-11-2019, 18:49


Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

BrendSport.az CEV-ə istinadla xəbər verir ki, həmyerlimiz Çempionlar Liqası yarışının B qrupunda mübarizə aparan Rusiyanın “Lokomotiv Kalininqrad” və Sloveniyanın “Nova KBM Branik” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Ona polşalı Vojcieç Maroszek kömək edəcək.

Görüş noyabrın 20-də Kalininqraddakı “Yantarnıy Arena”da keçiriləcək.
Geri qayıt