Əsas Səhifə > Dünya idmanı > Neymar bir ay yaşıl meydanlardan kənar qalacaq

Neymar bir ay yaşıl meydanlardan kənar qalacaq


15-10-2019, 16:03


Braziliya millisinin və “Paris Sen Jermen”in hücumçusu Neymar Nigeriya komandası ilə yoldaşlıq oyununda zədələnib.

BrendSport.az xəbər verir ki, tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Neymar təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Hücumçu bu səbəbdən UEFA Çempionlar Liqasında “Brügge” ilə və Fransa Liqasında “Nitsa”, “Marsel”, “Dijon” və “Brest”lə görüşləri buraxacaq.

Qeyd edək ki, braziliyalı futbolçu cari mövsümdə Paris təmsilçisinin heyətində keçirdiyi 5 oyunda dörd dəfə fərqlənib.
Geri qayıt