Əsas Səhifə > Dünya idmanı > "Ağ-qaralar”dan növbəti transfer

"Ağ-qaralar”dan növbəti transfer


18-07-2019, 12:11


BrendSport.az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu heyətinə daha bir futbolçu cəlb edir. İstanbul təmsilçisi "Fiorentina"nın müdafiəçisi Vitor Huqonu bir illik icarəyə götürüb. Bu keçid üçün "ağ-qaralar" qarşı tərəfə 300 min avro ödəyib. 28 yaşlı futbolçunun yaxın günlərdə İstanbula gedib, tibbi müayinədən keçəcəyi bildirilir.
Qeyd edək ki, "Beşiktaş" bundan əvvəl Portuqaliyanın "Vitoriya" klubundan ABŞ millisinin yarımmüdafiəçisi Tayler Bondu transfer edib.
Geri qayıt