Əsas Səhifə > Dünya idmanı > “Çelsi” və “Arsenal” komandaları Bakıda avrokubok rekordunu yeniləyiblər

“Çelsi” və “Arsenal” komandaları Bakıda avrokubok rekordunu yeniləyiblər


30-05-2019, 01:20


UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda təşkil olunan final oyununda “Çelsi” və “Arsenal” komandalarının start heyətində 15 ölkədən futbolçular yer alıb.

BrendSport.az xəbər verir ki, komandalar bu göstərici ilə avrokuboklarda mövcud rekordu yeniləyiblər.

İndiyədək belə göstərici 2010-cu ildə UEFA Avropa Liqasının finalında “Atletiko” və “Fulhem” komandalarının görüşündə, həmçinin yeddi il sonra “Ayaks”-“Mançester Yunayted” matçında qeydə alınıb.

Qeyd edək ki, Bakıda təşkil olunan görüşdə “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.
Geri qayıt