Əsas Səhifə > Dünya idmanı > Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb

Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb


22-04-2019, 01:08


Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) "Karate 1" seriyasından Premyer Liqa turniri başa çatıb.

BrendSport.az xəbər verir ki, karateçimiz Rafael Ağayev (75 kq) yarışın bürünc medalını qazanıb. Fransalı idmançı Loqan Da Kostaya həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn idmançımız dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.

Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

"Karate 1" seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.
Geri qayıt