Əsas Səhifə > Dünya idmanı > “Barselona” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb

“Barselona” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb


17-04-2019, 18:58


İspaniyanın “Barselona” futbol klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

BrendSport.az klubun saytına istinadla xəbər verir ki, aprelin 16-da Kataloniya klubu doğma meydanda “Mançester Yunayted”i 3:0 hesab ilə məğlub edib. Ernesto Valverdenin yetirmələri bununla da Avropa qitəsinin ən nüfuzlu klub turnirində doğma meydanda məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıblar. Bu isə UEFA Çempionlar Liqasında rekord göstəricidir.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasında sonuncu ev məğlubiyyətini 2013-cü ildə alıb.
Geri qayıt