Əsas Səhifə > Dünya idmanı > “Bavariya” “Borussiya Dortmunt”u darmadağın edərək vahid liderə çevrilib

“Bavariya” “Borussiya Dortmunt”u darmadağın edərək vahid liderə çevrilib


7-04-2019, 12:41


Aprelin 6-da futbol üzrə Almaniya çempionatının 28-ci turunun mərkəzi qarşılaşması oynanılıb.

BrendSport.az xəbər verir ki, turnir cədvəlinin lideri “Borussiya Dortmunt” səfərdə ikinci pillədə qərarlaşan “Bavariya” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.

Münhen təmsilçilərinin heyətində Mats Hummels (10), Robert Levandovskiy (17, 70, 89), Xavi Martinez (41) və Serge Qnabdi (43) fərqləniblər. Bu qələbə sayəsində “Bavariya” 64 xalla turnir cədvəlində vahid liderə çevrilib, “Borussiya Dortmunt” isə bir xal az toplayaraq ikinci pilləyə geriləyib.
Geri qayıt