Əsas Səhifə > Dünya idmanı > Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib


16-03-2019, 10:02


Martın 16-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin görüşlərinin ən yaxşı futbolçusunun adı açıqlanıb.

BrendSport.az UEFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib. Portuqaliyalı futbolçu “Barselona” klubunun ulduz futbolçusu Linel Messini, “Mançester Siti”nın hücumçusu Leroy Sane və “Liverpul” komandasının futbolçusu Sadio Manenı qabaqlayıb.

“Yuventus”ın İspaniyanın "Atletiko Madrid" klubuna 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Ronaldo het-trik edib.
Geri qayıt