Əsas Səhifə > Dünya idmanı > İndoneziya “MotoGP” yarışına ev sahibliyi edəcək

İndoneziya “MotoGP” yarışına ev sahibliyi edəcək


24-02-2019, 08:34
İndoneziya “MotoGP” yarışına ev sahibliyi edəcək
2021-ci ildə “MotoGP” dünya çempionatı İndoneziyada keçiriləcək.

BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin ən çox turist qəbul edən bölgələrindən biri olan Lombok adası motosiklet dünyasının ən əhəmiyyətli yarışı - “MotoGP” dünya çempionatının 2021-ci il mövsümünə ev sahibliyi edəcək.
İndoneziya Turizm İnkişaf Agentliyi (İTDC) və “MotoGP” təşkilatçısı “Dorna Sports” 2021-2023-cü illərdə “MotoGP” yarışlarının İndoneziyada keçirilməsi barədə müqavilə imzalayıblar.
İTDC-nin direktoru Abdulbar M. Mansur mətbuata açıqlamasında bildirib ki, yarışın hazırlıqları sentyabr ayında başlayacaq. Çempionatadək 150 min tamaşaçı tutumuna malik arena istifadəyə veriləcək. O qeyd edib ki, 4320 metr uzunluğundakı yarış trası 18 döngədən ibarət olacaq.
Qeyd edək ki, sonuncu dəfə İndoneziyada “MotoGP” yarışları 1996 və 1997-ci illərdə Javanese adasının Boqor bölgəsində keçirilib.
Geri qayıt