Əsas Səhifə > Dünya idmanı > Lionel Messi Keniyaya yardım kampaniyasına dəstək olub

Lionel Messi Keniyaya yardım kampaniyasına dəstək olub


24-02-2019, 06:31
Lionel Messi Keniyaya yardım kampaniyasına dəstək olub
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi Keniya üçün başladılan yardım kampaniyasına dəstək olub.

BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu UNICEF-in Keniyada su və ərzaq tədarükü üçün başlatdığı kampaniyaya 200 min avro bağışlayaraq dəstək olub. Kampaniya çərçivəsində uşaqlar da daxil olmaqla, 2 mindən artıq insanın evində və məktəblərdə su problemi həll olunacaq. Bundan başqa, 4 min insanın qida probleminin də həll olunacağı bildirilib.
Qeyd edək ki, Keniyada hazırda 58 min insan su və qida azlığından əziyyət çəkir.
Geri qayıt