Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqasında qolsuz gecə

Çempionlar Liqasında qolsuz gecə


20-02-2019, 09:09


Dünən gecə futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.


BrendSport.az xəbər verir ki, günün maraqla gözlənilən oyunu İngiltərədə baş tutub. “Liverpul” öz meydanında “Bavariya” ilə qarşılaşıb. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Günün digər oyunu isə Fransada keçirilib. “Barselona” səfərdə Lion “Olimpik”inin qonağı olub. Bu oyun da qolsuz başa çatıb.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
19 fevral

Liverpul (İngiltərə) – Bavariya (Almaniya) 0:0

Olimpik (Lion, Fransa) – Barselona (İspaniya) 0:0
Geri qayıt