Əsas Səhifə > Dünya idmanı > İtaliya A Seriyası: “Yuventus” autsayder “Frosinone”nin qapısına üç qol vurub

İtaliya A Seriyası: “Yuventus” autsayder “Frosinone”nin qapısına üç qol vurub


16-02-2019, 11:48
İtaliya A Seriyası: “Yuventus” autsayder “Frosinone”nin qapısına üç qol vurub
Fevralın 15-də İtaliya A Seriyasının 24-cü turuna start verilib.
BrendSport.az xəbər verir ki, turun açılış matçında turnir cədvəlinin lideri “Yuventus” klubu doğma azarkeşlər önündə autsayderi “Frosinone” komandasını qəbul edib.
Görüş Turin təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. “Qoca sinyora”nın heyətində Paolo Dibala (6), Leonardo Bonuci (17) və Kriştiano Ronaldo (63) fərqləniblər.
Bu qələbə sayəsində turinlilər xallarının sayını 66-ya çatdıraraq liderliyi qoruyub saxlayıb. “Frosinone” isə 16 xalla 19-cu yerdə qərarlaşıb. “Yuventus” növbəti turda səfərdə “Bolonya” ilə, “Frosinone” isə doğma meydanda “Roma”nı qonaq edəcək.
Geri qayıt