Əsas Səhifə > Dünya idmanı > UEFA Avropa Liqası: “Arsenal” səfərdə, “Qalatasaray” isə doğma meydanda məğlub olub

UEFA Avropa Liqası: “Arsenal” səfərdə, “Qalatasaray” isə doğma meydanda məğlub olub


15-02-2019, 10:26



UEFA Avropa Liqasının on altıdabir final mərhələsinin oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, mərhələnin ən gözlənilməz hesabı Belarusda qeydə alınıb. BATE doğma azarkeşlər önündə İngiltərənin “Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 45-ci dəqiqədə Stanislav Draqun olub. Matçın 85-ci dəqiqəsində londonluların hücumçusu Aleksandr Lakazet qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Mərhələnin mərkəzi görüşü isə İtaliyada – “Olimpiko” stadionunda oynanılıb. “Latsi” komandası İspaniyanın “Sevilya” komandasını qəbul edib. Bu oyunda isə qonaqlar üstün olub (0:1).

Türkiyənin “Qalatasaray” komandası öz meydanında Portuqaliyanın “Benfika” komandasına məğlub olub (1:2).

Mərhələnin digər oyunlarında növbəti hesablar qeydə alınıb:

“Krasnodar” (Rusiya) – “Bayer” (Leverkuzen, Almaniya) - 0:0;

“Slaviya” (Praqa, Çexiya) – “Genk” (Belçika) - 0:0;

“Rapid” (Vyana, Avstriya) – “İnter” (İtaliya) - 0:1;

“Renn” (Fransa) – “Real Betis” (İspaniya) - 3:2;

“Olimpiakos” (Yunanıstan) – “Dinamo” (Ukrayna) - 2:2.
Geri qayıt