Əsas Səhifə > Dünya idmanı > Ukraynalı boksçu Aleksandr Usik mayın 18-də rinqə çıxacaq

Ukraynalı boksçu Aleksandr Usik mayın 18-də rinqə çıxacaq


6-02-2019, 15:50


Aleksandr Usikin рrоmоuteri Eddie Hearn ukraynalı ağır çəkili boksçunun növbəti döyüşü ilə bağlı məlumat verib.

BrendSport.az “Sport.ua”ya istinadla xəbər verir ki, Hearn boksçunun mayın 18-də rinqə çıxacağını bildirib: “Onun rəqibi ya Denis Lebedev, ya da digər döyüşçü olacaq. Rəqiblə bağlı yekun qərar qəbul edilməlidir. Düşünürəm ki, Usik artıq super ağır çəki dərəcəsində döyüşəcək”.

Bundan əvvəl isə Hearn boksçunun Aleksandr Povetkinlə rinqə çıxacağını söyləmişdi.
Geri qayıt