Əsas Səhifə > Dünya idmanı > “Arsenal”ın müdafiəçisi Bellerin üçün mövsüm bitib

“Arsenal”ın müdafiəçisi Bellerin üçün mövsüm bitib


22-01-2019, 09:17


İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Hektor Bellerin ciddi zədələnib.

BrendSport.az klubun saytına istinadla xəbər verir ki, 23 yaşlı ispaniyalı futbolçu “Çelsi” ilə matçın 69-cu dəqiqəsində dizindən zədələnərək meydanı xərəkdə tərk edib.

Komandanın baş məşqçisi Unay Emeri oyundan sonra verdiyi açıqlamada müdafiəçinin zədəsinin çox ciddi olduğunu deyib. Klubun həkimləri futbolçunun bu mövsüm meydana çıxmayacağını bildiriblər.

Qeyd edək ki, Bellerin cari mövsümdə “Arsenal”ın heyətində 19 oyunda meydana çıxıb.
Geri qayıt