Əsas Səhifə > Dünya idmanı > “Tata Steel Masters 2019”da yeddinci turun oyunlarına start veriləcək

“Tata Steel Masters 2019”da yeddinci turun oyunlarına start veriləcək


19-01-2019, 11:30


Yanvarın 19-da ənənəvi “Tata Steel Masters 2019” şahmat turnirinin yeddinci turunun oyunlarına start veriləcək.

BrendSport.az xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçiriləcək növbəti turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov macarıstanlı Rixard Rapport, Teymur Rəcəbov hindistanlı Santoş Vidit ilə mübarizə aparacaq.

Bundan əvvəlki turda Ş.Məmmədyarov norveçli Maqnus Karlsenə məğlub olub, T.Rəcəbov isə Çin şahmatçısı Dinq Liren ilə heç-heçə edib. Altı turun yekununa görə, T.Rəcəbov 3, Ş.Məmmədyarov isə 2,5 xal toplayıblar.

Hazırda turnir cədvəlində dördhakimiyyətlilik yaranıb. Yan Nepomnyaşi, Maqnus Karlsen, Dinq Liren, Aniş Giri hərəyə 4 xalla 1-4-cü yerləri bölüşürlər.
Geri qayıt