Əsas Səhifə > Dünya idmanı > Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər

Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər


18-01-2019, 14:37


FIFA-nın prezidenti Canni İnfantino bildirib ki, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı 32 deyil, 48 yığma komandanın iştirakı ilə keçirilə bilər. Əvvəllər bu yeniliyin 2026-cı ildə tətbiq olunacağı nəzərdə tutulurdu.

BrendSport.az xəbər verir ki, FIFA prezidenti AFP agentliyinə deyib: “2026-cı ildən iştirakçıların sayının artırılması hamı tərəfindən yaxşı qərar kimi bəyənilmişdi və biz onun artıq 2022-ci ildə tətbiqi imkanlarını araşdırırıq. Federasiyaların əksəriyyəti bunun tərəfdarıdır. Lakin təşkilatçıların imkanlarını da öyrənmək lazımdır. Əlbəttə, Qətərdə 48 yığma komandanın iştirakı ilə çempionat keçirmək asan olmayacaq. İdeya ondan ibarətdir ki, matçların bir neçəsi qonşu ölkələrdə təşkil edilsin”.

Bundan əvvəl Qətər də bəyan etmişdi ki, iştirakçıların sayının 48 yığma komandaya çatdırılmasına hazır deyil. Buna cavab olaraq, təşkilatın rəhbəri bildirib ki, bir sıra matçlar qonşu ölkələrdə də keçirilə bilər.
Geri qayıt