Əsas Səhifə > Dünya idmanı > Munir El Haddadi “Sevilya” klubuna transfer edilib

Munir El Haddadi “Sevilya” klubuna transfer edilib


12-01-2019, 11:20

Munir El Haddadi “Sevilya” klubuna transfer edilib

İspaniyanın “Sevilya” futbol klubu hücumçu Munir El Haddadini “Barselona”dan transfer edib.
BrendSport.az “Sevilya” klubunun saytına istinadla xəbər verir ki, 23 yaşlı ispaniyalı futbolçunun keçidi 1 milyon 50 min avroya başa gəlib.
Munir El Haddadi karyerasına 2014-cü ildə “Barselona”da başlayıb. Hücumçu cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 11 oyunda 2 qol vurub. O, 2014-cü ildə İspaniya millisinin heyətində debüt edib.
Geri qayıt