Əsas Səhifə > Dünya idmanı > Ronaldo: Bundan razı qalmalıyıq

Ronaldo: Bundan razı qalmalıyıq


30-12-2018, 23:06


“Yuventus”un futbolçusu Kriştiano Ronaldo A Seriyasının 19-cu turunda “Sampdoriya”nı məğlub etdikləri (2:1) matçdan sonra fikirlərini bildirib.

BrendSport.az xəbər verir ki, portuqaliya futbolçu İtaliya mətbuatına açıqlamasında Video Köməkçi Hakim (VAR) sistemindən danışıb:

“Mən VAR-dan razıyam. Hakimlərin çətin olan işlərini daha da asanlaşdırır. Məncə, bundan razı qalmalıyıq.

Mövsümün ilk dövrəsini komanda olaraq, yaxşı keçirdik. Çox çalışaraq, bunu ikinci dövrədə də etməliyik”.

“Yuventus” A Seriyasında 19 turdan sonra 53 xalla turnir cədvəlində ilk sıradadır. Turin təmsilçisi mövsümün ilk dövrəsini 17 qələbə və 2 heç-heçəylə başa vurub.

“Yuventus”un futbolçusu Ronaldo isə 14 qolla bombardirlik yarışında ilk pillədədir.
Geri qayıt