Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır


17-12-2018, 11:06


Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

BrendSport.az xəbər verir ki, pley-offa vəsiqə qazanan komandalar, qrup qalibəri və qrup ikinciləri olmaqla, iki səbətə bölünəcək.

Eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edən komandalar 1/8 finalda bir-birinə rəqib ola bilməz.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi 15:00-da başlayacaq.

1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.

Qrup qalibləri: "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Real" (İspaniya), "Yuventus" (İtaliya);

Qrup ikinciləri: "Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Liverpul" (İngiltərə), "Şalke" (Almaniya), "Ayaks" (Hollandiya), "Lion" (Fransa), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə);


Geri qayıt