Əsas Səhifə > Dünya idmanı > Kriştianu Ronaldu İspaniyada vergidən yayındığını etiraf edib

Kriştianu Ronaldu İspaniyada vergidən yayındığını etiraf edib


15-12-2018, 18:41


İspaniyada vergidən yayınmaqla bağlı dörd bənd üzrə dələduzluqda ittiham olunan İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu günahını etiraf edib. Bu barədə “Football Italia” portalı xəbər yayıb.

33 yaşlı futbolçu məhkəmə zalında öz günahını etiraf edib və ikiillik şərti cəza ilə razılaşıb. İspaniya qanunvericiliyinə müvafiq olaraq, o, istintaqla əməkdaşlığını rəsmi şəkildə təsdiq etməkdən ötrü yenidən məhkəmə qarşısına çıxmalıdır.

Bildirilir ki, İspaniyada olarkən və Madridin “Real” klubunu təmsil edərkən, futbolçu 2011-ci ildən 2014-cü ilədək olan dövrlərdə dörd ayrı-ayrı vergi cinayətləri törədib. Ronaldu 14,7 milyon avro məbləğində dələduzluqda ittiham edilib. Futbolçu artıq İspaniya xəzinəsinə 13,4 milyon avro ödəyib.

BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, məhkəmə futbolçunun iki il müddətinə həbsi barədə qərar çıxarıb. Lakin bu, futbolçunun ilk qanun pozuntusu olduğundan və müddət iki il və bir gündən az olduğundan, İspaniya qanunvericiliyinə uyğun olaraq, real həbs müddətinin şərti cəza ilə əvəz edilməsi mümkündür. Əgər Ronaldu İspaniyanın vergi qanunvericiliyini yenidən pozarsa, yenidən həbs olunacaq.

Ronaldu 2003-cü ildən çıxış etdiyi İngiltərənin “Mançester Yunayted” komandasından 2009-cu ildə Madridin “Real” klubuna keçib. Portuqaliyalı Çempionlar Liqasının beşqat qalibi, “Qızıl top”un beşqat sahibidir. O, həmçinin İspaniya və İngiltərə çempionu, bu ölkələrin kubok və superkuboklarının, klublararası dünya çempionatının qalibi və UEFA Superkubokunun sahibidir. Ötən mövsümdə Ronaldu müxtəlif turnirlərdə Madrid klubu uğrunda 44 oyun keçirib. Bu oyunlarda 44 qol vurub və qolla nəticələnən 8 ötürmə edib. O, Portuqaliya yığmasının tərkibində 2016-cı ilin Avropa çempionu olub. Yığmada keçirdiyi 154 oyunda 85 qola imza atıb.

2018-ci il iyulun 10-da Ronaldunun İtaliyanın “Yuventus”a keçməsi elan edilib və transferin məbləği 100 milyon avro olub. Portuqaliyalı bu mövsümdə Turin klubunun tərkibində 20 oyun keçirib, 11 qolun və qolla nəticələnən 8 ötürmənin müəllifidir.
Geri qayıt