Əsas Səhifə > Dünya idmanı > “Fənərbaxça” darmadağın oldu
“Fənərbaxça” darmadağın oldu9-12-2018, 23:48 |
Türkiyə Super Liqasında 15-ci tura start verilib. BrendSport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Beşiktaş” səfərdə “Alanyaspor”un qonağı olub. Tərəflər bu oyundan qolsuz ayrılıblar. Şənbə günü üç görüş baş tutub. "Sivasspor" doğma meydanda "Göztəpə"ni, "Trabzonspor" isə "Konyaspor"u məğlub edib. "Qalatasaray" da "Rizəspor"la qarşılaşıb. İstanbul nəhəngi dörd qolun qeydə alındığı bu görüşdən xal itkisi ilə ayrılıb. Bazar günü “Fənərbaxça” “Akhisarspor”un qonağı olub və darmadağınla üzləşib. "Bursaspor" evdə "Antalyaspor"a 2 cavabsız qolla uduzub. "Ərzurumspor" da "Yeni Malatyaspor"la ev oyunundan məğlubiyyətlə ayrılıb. “Başakşəhər” isə “Ankaragücü”ylə üz-üzə gələcək. 7 dekabr Alanyaspor - Beşiktaş 0:0 8 dekabr Sivasspor - Göztəpə 2:0 Qol: Rıbalka, 60-pen. Duqlas, 80. Trabzonspor - Konyaspor 3:0 Qol: Rodalleqa, 76-pen. Ekuban, 83. Onazi, 89. Qalatasaray - Rizəspor 2:2 Qol: Q.Rodriqes, 40. E.Derdiyok, 58 - A.Umar, 67. Samudio, 80. 9 dekabr Ərzurumspor - Yeni Malatyaspor 1:3 Qol: Şçuk, 44-pen - Donald, 67. E.Tozlu, 78; 90. Bursaspor - Antalyaspor 0:2 Qol: S.Özkan, 38-pen. M.Erdinc, 43. Akhisarspor - Fənərbaxça 3:0 Qol: Bokila, 26. Manu, 82. Reqattin, 90. 10 dekabr 21:00 Ankaragücü - Başakşəhər 21:00 Kasımpaşa - Konyaspor Bombardir: Mbaye Diane (Kasımpaşa) - 16 qol. Geri qayıt |