Əsas Səhifə > Dünya idmanı > Millinin baş məşqçisi qovuldu

Millinin baş məşqçisi qovuldu


5-12-2018, 13:09


Futbol üzrə Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas istefaya göndərilib.

BrendSport.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yankauskasın istefasına səbəb milli komandanın Millətlər Liqasındakı uğursuz çıxışı olub.

Yankauskas 2016-cı ildən millinin baş məşqçisi idi.

Litva millisi UEFA Millətlər Liqasının D Liqasında Serbiya, Rumıniya və Monteneqroyla eyni qrupda mübarizə aparırdı. 6 oyundan sonra 0 xal toplayan Litva turnirlə vidalaşıb.

Geri qayıt