Əsas Səhifə > Dünya idmanı > Millətlər Liqasında dördlü final

Millətlər Liqasında dördlü final


3-12-2018, 22:58


UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb.

A liqasının qrup qaliblərinin qatıldığı "Dördlər finalı”nın yarımfinalında Portuqaliya - İsveçrə və İngiltərə - Hollandiya oyunları baş tutacaq. Yarımfinalın qalibləri final matçında üz-üzə gələcək.

Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu il iyunun 5-6-da yarımfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq.
Geri qayıt