Əsas Səhifə > Dünya idmanı > Jardimin yeni komandası məlum oldu

Jardimin yeni komandası məlum oldu


3-12-2018, 12:21


“Monako”nun sabiq baş məşqçisi Leonardo Jardimin yeni klubu bəlli olub.

BrendSport.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu çalışdıracaq. Jardim yeni klubuyla rəsmi müqavilə imzalamaq üçün Ər-Riyada gedib.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanının Pro Liqasında 10 turdan sonra 25 xalla ikinci pillədə qərarlaşıb.

Jardim 2014-2018-ci illər aralığında “Monako”nu çalışdırıb. O, 2016/17 mövsümündə, klubu Liqa 1-də çempion edib. Cari mövsümün əvvəlində “Monako” rəhbərliyi Jardimlə yollarını ayırmışdı.
Geri qayıt