Əsas Səhifə > Dünya idmanı > “Qarabağ”ın rəqibi derbidə 4 qola sevindi

“Qarabağ”ın rəqibi derbidə 4 qola sevindi


3-12-2018, 01:01


Futbol üzrə İngiltərə çempionatında 14-cü turun oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Tottenhem”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi London derbisindən qələbə ilə ayrılıb - 4:2.

“Arsenal” 14 oyundan sonra 30 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda keçirib və 0:3 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 13-də Londonda baş tutacaq.


Geri qayıt