Əsas Səhifə > Dünya idmanı > Lyuis Hemilton 2018-ci il Formula 1 dünya çempionatının son mərhələsinin qalibi olub

Lyuis Hemilton 2018-ci il Formula 1 dünya çempionatının son mərhələsinin qalibi olub


26-11-2018, 11:43


“Mersedes” komandasının pilotu Lyuis Hemilton 2018-ci il Formula 1 dünya çempionatının son mərhələsinin- Əbu-Dabi Qran-Prisinin qalibi olub.

BrendSport.az xəbər verir ki, britaniyalı pilot Əbu-Dabinin “Yas Marina” avtodromunda keçirilən yürüşdə rəqiblərini geridə qoyaraq 2018-ci il mövsümündə 11-ci qələbəsini qazanıb. İkinci yeri “Ferrari”nin pilotu Sebastyan Fettel, üçüncü yeri isə “Red Bull” komandasının yürüşçüsü Maks Ferstappen tutublar.

Yürüş zamanı “Renault” pilotu Niko Hulkenberq qəza səbəbindən, digər 4 pilot isə bolidlərin nasazlığı üzündən trası vaxtından əvvəl tərk edərək mübarizəni dayandırıblar. “McLaren”in ispan pilotu Fernando Alonso isə karyerasının son yürüşündə 11-ci yeri tutub.
Geri qayıt