Əsas Səhifə > Dünya idmanı > Stüardlar Lyuis Hemiltona xəbərdarlıq ediblər

Stüardlar Lyuis Hemiltona xəbərdarlıq ediblər


24-11-2018, 23:58


“Yas Marina” avtodromunda Formula 1 Əbu-Dabi Qran-Prisinin sərbəst yürüşləri keçirilib.

BrendSport.az xəbər verir ki, səhər sessiyası zamanı “Mercedes” komandasının pilotu Lyuis Hemilton pit-leynə giriş zamanı idman reqlamentini pozaraq ağ xətti keçib.

Britaniyalı pilot yüksək sürətlə pit-leynə daxil olmağa çalışıb və nəticədə onun maşını trasa doğru geri istiqamət alıb. Lyuis geriyə gediş rejimini seçib və çıxış nöqtəsinə qayıtmaq üçün ağ xətti ikinci dəfə keçib. Bu hərəkətindən sonra stüardlar onu hakim masasına dəvət ediblər. Araşdırmalardan sonra dünya çempionu hakimlər tərəfindən xəbərdarlıq alıb.
Geri qayıt