Əsas Səhifə > Dünya idmanı > Lionel Messi İspaniya çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb

Lionel Messi İspaniya çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb


13-11-2018, 15:12


“Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi İspaniya çempionatının 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu mükafatına sahib olub.

Klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 31 yaşlı hücumçu ötən mövsüm La Liqada 36 oyunda 34 qol vurub. Kataloniya təmsilçisi mövsümü çempion kimi başa vurub. Komanda hazırkı mövsümdə 12 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, klubun prezidenti növbəti mövsümdə argentinalı ilə müqavilənin müddətini uzatmaq niyyətində olduğunu bildirib. Lionel Messinin “Barselona” klubu ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq.
Geri qayıt