Əsas Səhifə > Dünya idmanı > Avropa Liqası: bütün nəticələr

Avropa Liqası: bütün nəticələr


9-11-2018, 12:23


UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ” Ukraynada "Vorskla” ilə üz-üzə gəlib. Azərbaucan komandası səfərdə 1 cavabsız top vuraraq qələbə qazanıb. Ağdam təmsilçisinin E qrupundakı digər rəqibləri - "Arsenal” və "Sportinq” isə Londonda qolsuz bərabərliyə razılaşıb.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana”sı 4-cü sınağına evdə çıxıb. Qazaxlar Çexiyanın "Yablonets” kollektivini yenərək qrupdan çıxmaq şanslarını bir qədər də yüksəldib.

Türkiyə təmsilçilərindən "Beşiktaş” səfərdə Belçika "Cenk”i ilə 1:1 hesablı heç-heçə edibsə, "Fənərbaxça” İstanbulda "Anderlext”i məğlubiyyətə uğradıb. "Akhisarspor” isə səviyyəcə üstün "Sevilya”ya "doğma divarlar" arasında layiqli müqavimət göstərib - 2:3.

Bu gecə "Qarabağ"ın qrupunun lideri "Arsenal”la yanaşı, "Ayntraxt” (Almaniya), "Latsio” (İtaliya), "Çelsi” (İngiltərə), "Sürix” (İsveçrə), "Bayer” (Leverkuzen, Almaniya), "Zaltsbuq” (Avstriya), "Dinamo” (Zaqreb, Xorvatiya) da 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

Avropa Liqası

Qrup mərhələsi

IV tur, 8 noyabr


A qrupu

Bayer (Almaniya) - Sürix (İsveçrə) 1:0
Qol: Yadvay, 60
Ludoqorets (Bolqarıstan) - AEK (Cənubi Kipr) 0:0

B qrupu

Seltik (Şotlandiya) - Leypsiq (Almaniya) 2:1
Qollar: Tierni, 11, Eduard, 79 - Aqustin, 78
Rusenborq (Norveç) - Zalsburq (Avstriya) 2:5
Qollar: Adeqbinio, 52, Yensen, 61 - Minamino, 5, 19, 45, Qulbrandsen, 37, Hovard, 57-avtoqol

C qrupu

Slaviya (Çexiya) - Kopenhagen (Danimarka) 0:0
Bordo (Fransa) - Zenit (Rusiya) 1:1
Qollar: Kamano, 35-pen. - Zabalotnı, 72

D qrupu

Fənərbaxça (Türkiyə) - Anderlext (Belçika) 2:0
Qollar: Valbuena, 71, Frey, 74
Dinamo (Zaqreb, Xorvatiya) - Spartak (Slovakiya) 3:1
Qollar: Qoyak, 22, Kadlets, 36-avtoqol, Orsiç, 80 - Çanturişvili, 72

E qrupu

Vorskla (Ukrayna) - QARABAĞ (AZƏRBAYCAN) 0:1
Qol: Abdullayev, 12-pen.
Arsenal (İngiltərə) - Sportinq (Portuqaliya) 0:0

F qrupu

Betis (İspaniya) - Milan (İtaliya) 1:1
Qollar: De Çelso, 12 - Suso, 62
Olimpiakos (Yunanıstan) - Düdelanj (Lüksemburq) 5:1
Qollar: Torosidis, 6, Fortunis, 15, 36, Xristodolopou, 26, Koka, 70 - Sinani, 69

G qrupu

Spartak (Moskva, Rusiya) - Reyncers (Şotlandiya) 4:3
Qollar: Melqareyo, 22, Qoldson, 35-avtoqol, Adriano, 58, Hanni, 59 - Yeryomenko, 5-avtoqol, Kandelas, 27, Midlton, 41
Rapid (Avstriya) - Vilyarreal (İspaniya) 0:0

H qrupu

Apollon (Cənubi Kipr) - Ayntraxt (Almaniya) 2:3
Qollar: Zelaya, 71, 90-pen.- Yoviç, 17, Haller, 55, Qaçinoviç, 58
Latsio (İtaliya) - Marsel (Fransa) 2:1
Qollar: Parolo, 45, Korrea, 55 - Tauvin, 60

I qrupu

Genk (Belçika) - Beşiktaş (Türkiyə) 1:1
Qollar: Berqe, 88 - Kuarejma, 16
Malmö (İsveç) - Sarpsporq (Norveç) 1:1
Qollar: Antonsson, 67, Mortensen, 63

J qrupu

Akhisarspor (Türkiyə) - Sevilya (İspaniya) 2:3
Qollar: Vural, 58, Ayık, 78 - Nolito, 12, Muriel, 38, Baneqa, 87-pen.
Krasnodar (Rusiya) - Standard (Belçika) 2:1
Qollar: Suleymanov, 79, Vanderson, 82 - Qonzales, 19

K qrupu

Astana (Qazaxıstan) - Yablonets (Çexiya) 2:1
Qollar: Enrike, 18, Postnikov, 88 - Maevski, 40-avtoqol
Dinamo (Kiyev, Ukrayna) - Renn (Fransa) 3:1
Qollar: Verbiç, 12, Nikolenko, 68, Şarapenko, 72 - Siebatçeu, 89

L qrupu

BATE (Belarus) - Çelsi (İngiltərə) 0:1
Qol: Jiru, 52
Videoton (Macarıstan) - PAOK (Yunanıstan) 1:0
Qol: Milanov, 50
Geri qayıt