Əsas Səhifə > Dünya idmanı > Çeferin UEFA başçısı vəzifəsinə yeganə namizəddir

Çeferin UEFA başçısı vəzifəsinə yeganə namizəddir


8-11-2018, 18:52


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hazırki prezidenti, sloveniyalı Aleksandr Çeferin qurumun başçısı vəzifəsinə yeganə namizəddir.

UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, UEFA prezidentliyinə namizədlərin müraciətlərinin qəbulu müddətinin noyabrın 7-də bitməsinə baxmayaraq, heç kim bu vəzifəyə namizədliyini irəli sürmək niyyətini açıqlamayıb.

Avqustun 21-də elan edilib ki, Sloveniya Futbol Federasiyası və daha yeddi futbol assosiasiyası yeni seçkilər üçün Çeferinin namizədliyini irəli sürüb. Sloveniya, İsveç, Norveç, Finlandiya, Danimarka, İtaliya, İslandiya, Rusiya və Farer adalarının futbol assosiasiyaları UEFA-ya rəsmi məktub ünvanlayaraq onu dəstəklədiklərini bildiriblər.

UEFA prezidenti seçkiləri fevralın 7-də Romada qurumun konqresində keçiriləcək. A.Çeferin UEFA prezidenti vəzifəsinə 2016-cı ilin sentyabrında seçilib.
Geri qayıt