Əsas Səhifə > Dünya idmanı > 4-cü turun ilk oyun gününün nəticələri

4-cü turun ilk oyun gününün nəticələri


7-11-2018, 08:43


Çempionlar Liqasının qrup mərhələsində 4-cü tur başlayıb. Turun ilk oyun günündə 8 görüş reallaşıb.

A qrupunda Dortmund "Borussiya”sı "Atletiko”ya yenilib. Bununla belə, hər iki komandanın 1/8 finala yüksəlmək şansı artıb. "Monako”nu darmadağın edən "Brügge” liderlərə yol açıb.

B qrupunda "Barselona” 1/8 finala ilk vəsiqəni Milanda götürdüyü xalla qazanıb. Kataloniyalılara evdə uduzmayan "İnter” 2-ci pillədə qalıb. "Tottenhem” isə Keynin dublu ilə uduzduğu oyunu çevirib və qrupdan çıxmaq iddiasını sürdürüb.

C qrupunda isə durum daha da gərginləşib. "Srvena Zvezda”nın "Liverpul”la görüşdə sensasiyalı qələbəsi, "Napoli” ilə PSJ-nin heç-heçəsi 4 komandanın 2 xal intervalında qərarlaşmasına səbəb olub.

D qrupunda isə "Porto” və "Şalke” növbəti qələbəyə sevinib. "Qalatasaray”ın şansı artıq öz əlində deyil, "Lokomotiv” isə "Monako” və PSV kimi yalnız Avropa Liqasına ümid edə bilər.

Çempionlar Liqası

2018/19 mövsümü

IV tur, 6 noyabr

A Qrupu


Monako (Fransa) - Brügge (Belçika) 0:4
Qollar: Vanaken, 12, 17-p., Uesli, 24, Vormer, 85
Aletiko (İspaniya) - Borussiya (Dortmund, Almaniya) 2:0
Qollar: Saul, 33, Qrizmann, 80

1	Borussiya D.	4	3	0	1	8:2	9
2	Atletiko	        4	3	0	1	7:6	9
3	Brügge	        4	1	1	2	6:5	4
4	Monako	        4	0	1	3	2:10	1


B Qrupu

İnter (İtaliya) - Barselona (İspaniya) 1:1
Qollar: İkardi, 87 - Malkom, 83
Tottenhem (İngiltərə) - PSV (Hollandiya) 2:1
Qollar: Keyn, 78, 89 - De Yonq, 2

1	Barselona	4	3	1	0	11:3	10
2	İnter	        4	2	1	1	5:5	7
3	Tottenhem	4	1	1	2	7:9	4
4	PSV	        4	0	1	3	4:10	1


C qrupu

Srvena Zvezda (Serbiya) - Liverpul (İngiltərə) 2:0
Qollar: Pavkov, 22, 29
Napoli (İtaliya) - PSJ (Fransa) 1:1
Qollar: İnsinye, 63-p. - Bernat, 45

1	Liverpul	        4	2	0	2	7:5	6
2	Napoli	        4	1	3	0	4:3	6
3	PSJ	                4	1	2	1	11:7	5
4	Srvena Zvezda	4	1	1	2	3:10	4


D qrupu

Şalke 04 (Almaniya) - Qalatasaray (Türkiyə) 2:0
Qollar: Burqstaller, 4, Ut, 58
Portu (Portuqaliya) - Lokomotiv (Moskva, Rusiya) 4:1
Qollar: Errera, 2, Mareqa, 42, Korona, 67, Otavio,90 - Farfan, 59

1	Portu	        4	3	1	0	9:3	10
2	Şalke 04	        4	2	2	0	4:1	8
3	Qalatasaray	4	1	1	2	3:3	4
4	Lokomotiv M	4	0	0	4	2:11	0

Geri qayıt