Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqasında bütün nəticələr -

Çempionlar Liqasında bütün nəticələr -


4-10-2018, 12:02
Çempionlar Liqasında bütün nəticələr -

Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub. İlk oyun günündə 8 qarşılaşma keçirilib. Çempionlar Liqasının son qalibi “Real” səfərdə ÇSKA (Moskva) ilə üz-üzə gəlib. Madrid klubu bu görüşdə minimal hesabla məğlub olub.

İlk turda məhz "Real"a böyük hesabla məğlub olmuş "Roma" bu dəfə doğma meydanda "Viktoriya"nı darmadağın edib.

İtaliyanın digər təmsilçisi "Yuventus" da "Yanq Boyz"la görüşdə darmadağına imza atıb. “Qoca sinyora”nın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ilk turda qırmızı vərəqə aldığından, bu oyunda iştirak etməyib.

Almaniya nəhəngi “Bavariya” “Ayaks”la münasibətlərinə aydınlıq gətirib. Münhenlilər qrup mərhələsinin ilk turunda səfərdə Portuqaliya "Benfika"sını 2:0 hesabı ilə üstələmişdisə, "Ayaks" doğma meydanda Yunanıstan AEK-ini məğlub etmişdi. Bu komandaların arasında baş tutan görüşdə isə qalib müəyyənləşməyib.

"Mançester Yunayted" də "Valensiya" ilə ev oyununda xal itkisi ilə üzləşib. İngiltərənin digər təmsilçisi "Mançester Siti" isə səfərdə "Hoffenhaym"dan üstün olub.

Turun qalan oyunları bu gün keçirilib. İspaniya nəhəngi “Barselona” səfərdə “Tottenhem”lə qarşılaşıb. Bol qollu qarşılaşma Kataloniya təmsilçisinin qələbəsiylə başa çatıb.

Günün maraqla gözlənilən oyunlarından biri İtaliyada keçirilib. “Napoli” Çempionlar Liqasının son finalçısı “Liverpul”u qonaq edəcək. Bu görüşdə meydan sahibləri son dəqiqə qolu ilə qalib gəliblər.

Türkiyənin “Qalatasaray” komandası isə səfərdə “Portu” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib.

Çempionlar Liqası, 2-ci tur

2 oktyabr

E qrupu


AEK (Afina, Yunanıstan) - Benfika (Portuqaliya) 2:3
Qol: Klonaridis, 53; 64 - Seferoviç, 6. Qrimaldo, 15. Semedo, 75.

Bavariya (Münhen, Almaniya) - Ayaks (Hollandiya) 1:1
Qol: Hummels, 4 - Mazraui, 22.



F qrupu

Hoffenhaym (Almaniya) - Mançester Siti (İngiltərə) 1:2
Qollar: Belfodil, 1 - Aquero, 8. D.Silva, 87.

Lion (Fransa) - Şaxtyor (Donetsk, Ukrayna) 2:2
Qollar: Dembele, 72. Dubua, 71 - Moraes, 45; 55.



G qrupu

ÇSKA (Moskva, Rusiya) - Real (İspaniya) 1:0
Qol: Vlasiç, 2.

Roma (İtaliya) - Viktoriya (Plzen, Çexiya) 5:0
Qollar: Dzeko, 3; 40; 90. C.Ünder, 64. Kluyvert, 73.



H qrupu

Yuventus (İtaliya)
- Yanq Boyz (İsveçrə) 3:0
Qollar: Dibala, 5; 33; 69.

Mançester Yunayted (İngiltərə) - Valensiya (İspaniya) 0:0



3 oktyabr

A qrupu

Borussiya (Dortmund, Almaniya)
- Monako (Fransa) 3:0
Qollar: Larsen, 51. Alkaser, 72. Roys, 90.

Atletiko (İspaniya) - Brügge (Belçika) 3:1
Qollar: Qrizmann, 28; 67. Koke, 90 - Qroneveld, 39.



B qrupu

PSV (Hollandiya) - İnter (İtaliya) 1:2
Qol: Rosario, 27 - Naynqqolan, 44. İkardi, 66.

Tottenhem (İngiltərə) - Barselona (İspaniya) 2:4
Qollar: Keyn, 52. Lamela, 66 - Koutinyo, 2. Rakitiç, 28. Messi, 56; 90.



C qrupu

PSJ (Fransa) - Srvena Zvezda (Serbiya) 6:1
Qollar: Neymar, 20; 22; 81. Kavani, 37. Di Mariya, 42. Mbappe, 70 - Marin, 74.

Napoli (İtaliya) - Liverpul (İngiltərə) 1:0
Qol: İnsinye, 90.



D qrupu

Lokomotiv (Moskva, Rusiya) - Şalke (Almaniya) 0:1
Qol: Makkenni, 88.

Portu (Portuqaliya) - Qalatasaray (Türkiyə) 1:0
Qol: Mareqa, 49.



Bombardir: Lionel Messi (Barselona) - 5 qol.
Geri qayıt