Əsas Səhifə > Dünya idmanı > “Real” Marselonu da itirdi

“Real” Marselonu da itirdi


27-09-2018, 14:41


İspaniyanın “Real” klubunda növbəti ciddi itki baş verib. Marselo La Liqanın 6-cı turunda “Sevilya” ilə keçirilən matçda zədələnib. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.

Xəbərdə Marselonun yaşıl meydanlardan nə qədər uzaq qalacağı qeyd edilməsə də, braziliyalı müdafiəçinin həftəsonu oynanılacaq “Real” - “Atletiko” matçında iştirak etməyəcəyi bildirilib.

Dünən “Real”ın yarımmüdafiəçisi İskonun da əməliyyat olunacağı açıqlanmışdı.

"Real" dünən keçirilən qarşılaşmada səfərdə "Sevilya"ya 0:3 hesabıyla məğlub olub.
Geri qayıt