Əsas Səhifə > Dünya idmanı > "Qarabağ" məğlub oldu -

"Qarabağ" məğlub oldu -


21-09-2018, 10:01


Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib. Bu gecə I turun oyunları keçirilib. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" səfərdə Portuqaliya "Sportinq" ilə üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Ağdam təmsilçinin yer aldığı E qrupundakı digər oyunda "Arsenal" İngiltərədə Ukrayna "Vorskla"sını 4:2 hesabı ilə yenib.

Türkiyə təmsilçilərindən "Beşiktaş" doğma meydanda Norveçin "Sarpsporq" klubuna 3:1 hesabı ilə qalib gəlib. "Fənərbaxça" səfərdə Zaqreb "Dinamo"suna 1:4, "Akhisar Bələdiyyəspor" evdə "Krasnodar"a uduzub 0:1 hesabı ilə uduzub.

Moskva "Spartak"ı səfərdə "Rapid"ə 0:2 hesabı ilə uduzub. "Zenit" səfərdə "Kopenhagen"lə "sülh" bağlayıb - 1:1. "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdırmış BATE rəqib meydanında eyni hesabla "Videoton"a qalib gəlib.

Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyən "Çelsi" PAOK, "Milan" Lüksemburq "Düdelanj"ı üzərində minimal hesablı qələbə qazanıb.

Avropa Liqası

Qrup mərhələsi

I tur, 20 senytabr


A qrup

AEK (Cənubi Kipr) - Sürix (İsveçrə) 0:1
Qol: Kololli, 61-pen.
Qırmızı vərəqə: Modou, 84-pen.

Lüdoqorets (Bolqarıstan) - Bayer (Almaniya) 2:3
Qollar: Keseru, 8. Marselino, 31 - Haverts, 38; 69. Telin, 63.

B qrupu

Seltik (Şotlandiya) - Rusenborq (Norveç) 1:0
Qol: Qrifits, 88.

Leyptsiq (Almaniya) - Zaltsburq (Avstriya) 2:3
Qollar: Laymer, 70. Paulsen, 82 - Dabbur, 20. Haydari, 22. Qulbrandsen, 89.

C qrupu

Kopenhagen (Danimarka) - Zenit (Rusiya) 1:1
Qollar: Sotiriou, 63 - Mak, 44.

Slaviya (Çexiya) - Bordo (Fransa) 1:0
Qol: Zmrhal, 35.

D qrupu

Dinamo (Zaqreb, Xorvatiya) - Fənərbaxça (Türkiyə) 4:1
Qollar: Sunjiç, 16. Hayroviç, 27; 57. Olmo, 60 - Neuştadter, 47.

Spartak (Slovakiya) - Anderlext (Belçika) 1:0
Qol: Oraveç, 79.

E qrupu

Arsenal (İngiltərə) - Vorskla (Ukrayna) 4:2
Qollar: Aubameyanq, 32; 56. Uelbek, 48. Özil, 74.

Sportinq (Portuqaliya) - Qarabağ (Azərbaycan) 2:0
Qollar: Rafinya, 54. Jovane Kabral, 88.

F qrupu

Düdelanj (Lüksemburq) - Milan (İtaliya) 0:1
Qol: Hiquayn, 59.

Olimpiakos (Yunanıstan) - Betis (İspaniya) 0:0

G qrupu

Rapid (Avstriya) - Spartak (Moskva, Rusiya) 2:0
Qollar: Timofeyev, 50 (avtoqol). Murq, 68.

Vilyarreal (İspaniya) - Reyncers (Şotlandiya) 2:2
Qollar: Bakka, 1. Morena, 69 - Arfiled, 67. Lafferti, 76.

H qrupu

Latsio (İtaliya) - Apollon (Cənubi Kipr) 2:1
Qollar: Alberto, 14. İmmobile, 84-pen - Zelaya, 88.

Marsel (Fransa) - Ayntraxt (Almaniya) 1:2
Qollar: Okampos, 3 - Torro, 52. Yoviç, 89.
Qırmızı vərəqə: Vilmes, 59 (Ayntraxt).

I qrupu

Beşiktaş (Türkiyə) - Sarpsporq (Norveç) 3:1
Qollar: Babel, 51. Roko, 69. Lans, 82 - Zaxariassen, 90+4.

Genk (Belçika) - Malmö (İsveç) 2:0
Qollar: Trossard, 37. Samata, 71.

J qrupu

Akhisar Bələdiyyəspor (Türkiyə)- Krasnodar (Rusiya) 0:1
Qol: Klaesson, 26.

20.55 Sevilya (İspaniya) - Standard (Belçika) 5:1
Qollar: Baneqa, 8; 74-pen. Vazkues, 41. Ben Yedder, 49; 70 - Dyenepo, 39.

K qrupu

Dinamo (Kiyev, Ukrayna) - Astana (Qazaxıstan) 2:2
Qollar: Çiqanov, 11. Qarmaş, 45+2 - Aniciç, 21. Murtazayev, 90+5.

Renn (Fransa) - Yablonets (Çexiya) 2:1
Qollar: Sarr, 31. Ben Arfa, 90+1 - Çramosta, 54.

L qrupu

PAOK (Yunanıstan) - Çelsi (İngiltərə) 0:1
Qol: Villian, 7.

Videoton (Macarıstan) - BATE (Belarus) 0:2
Qollar: Tuominen, 27. Filipenko, 85.
Qırmızı vərəqə: Filipoviç, 90+5 (BATE).
Geri qayıt