Əsas Səhifə > Dünya idmanı > “Akhisarspor” Türkiyədə tarix yazdı

“Akhisarspor” Türkiyədə tarix yazdı


6-08-2018, 00:47
“Akhisarspor” Türkiyədə tarix yazdı

Ötən mövsüm Türkiyə Super Liqasını çempion kimi tamamlayan “Qalatasaray” yeni sezona da kubokla başlamaq arzusunda idi.

BrendSport.az saytı xəbər verir ki, bu baxımdan “Akhisarspor”la oynanan Türkiyə Super Kubokunun final görüşündə oyuna sürətlə başlayan "Qalatasaray" oldu.

Ancaq bu hücumları dəf edən “Akhisarspor” klubu oyunun 5-ci dəqiqəsində ilk əks hücumda Seleznyovun qoluyla 1:0 önə keçib. Bundan sonra ilk hissə qarşılıqlı hücumlarla keçsə də tərəflərdən heç biri fərqlənə bilməyib.

İkinci hissədə də ssenari dəyişməyib "Qalatasaray" hücumlar qurmağa, “Akhisarspor” isə müdafiə olunaraq əsk hücumlar təşkil etmək istəyiblər.

Oyunun 79-cu dəqiqəsində Eren Derdiyokun qoluyla hesabı bərabərləşdirən "Qalatasaray" bir az rahat oynamağa başlayıb.

Bundan sonra oyunda qol olmayıb və uzatma dəqiqələri də bu hesabla başa çatıb.

Buna görə də oyun matçsonrası penaltilər seriyasına qədər uzanıb. Burada isə daha dəqiq olan “Akhisarspor” komandası Türkiyə futbolunda tarix yazıb.

Türkiyə Super Kuboku

"Qalatasaray" - “Akhisarspor” 1:1 (penaltilər 4:5)
Qol: Seleznyov 5, Eren Derdiyok 79.

Penaltiləri vuranlar: Vural, Larsson, Bayram, Lopes, Seleznyov - Selcuk, Derdiyok, Fequli, Rodriqes
Penaltini vura bilməyən: Qomis
Geri qayıt